55 yaşlı kişini maşın vurdu

7 Noyabr 2017 11:09 (UTC+04:00)

”Report”un Şirvan bürosu xəbər verir ki, hadisə Ləki-Ağdaş avtomobil yolunda baş verib.

Belə ki, yolu keçmək istəyən rayonun Lək kəndinin sakini,1962-ci il təvəllüdlü Rəsul Kamal oğlu Zamanovu “VAZ-2107 “ markalı maşın vuraraq ağır xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

AzNews.az