41 balıqçı ölümlə üz-üzə

23 Fevral 2013 21:30 (UTC+04:00)
Ukraynanın Dneprodzerjinsk su anbarında sahildən buz parçası ayrılıb.

Lent.az-ın Ukrayna informasiya vasitələrinə istinadən məlumatına görə, həmin buz parçası üstündə 41 balıqçı var.

Xilasedicilər bildirib ki, buz sahildən 500 metr aralanıb.

"Onun üstündəki adamlar müstəqil şəkildə sahilə çıxa bilmədiklərindən xilasedicilərin yardımı ilə qəzadan qurtulublar" - deyə, məlumatda bildirilib.

10 üzgü vasitəsinin köməyi ilə balıqçılar xilas olunub.