Bunu AzNews.az-a açıqlamasında Xalq artisti, “Toylar kralı” Səməd Səmədov deyib. Bir ay bundan öncə əməliyyat olunduğunu deyən sənətçi, müalicə prosesinin davam etdiyini qeyd edib:
“Öd kisəmdən əməliyyat olunmuşam. İki gün xəstəxanada qaldım, sonra həkimlər məni evə buraxdı. Hazırda bağdayam, özümü yaxşı hiss edirəm. Səhərlər gəzirəm, qaçıram. Bağda itlərlə gəzirəm, hər şey yaxşıdır".
Səməd Səmədov çoxlu sayda toylara dəvət aldığını da vurğulayıb: “Məhərrəmlik ayı bitir. Noyabrın 19-dan toylar başlayır. Toyalara hazırlaşıram”.
Bahar RÜSTƏMLİ
AzNews.az