AzNews.az-ın Hürriyət-ə istinaədn xəbərinə görə, Azərbaycana səfərinin yekunlarından danışan Ərdoğan deyib ki, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu regionun ticarət potensialını artıracaq.
Onun sözlərinə görə, bu layihə hava və dəniz yolu ilə yük daşımalara alternativdir.
"İlkin mərhələdə 1 milyon sərnişin və 6,5 milyon yük daşinacaq ki, bunun da sayı dövri olaraq artacaq. Əsas məqsəd BTQ üzrə illik yükdaşıma həcmini 6,5-dən 17 milyon tona, sonrakı mərhələlərdə isə ildə 25 və 50 milyon tona çatdırmaqdır".