Pambıq yığan qadınlar arasında dava düşdü

7 Noyabr 2017 19:33 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, dava zamanı iki qadın ağır bədən xəsarətləri alıb.

Belə ki, xəsarət alan qadınlar - rayonun Ağayrı kənd sakini, 1990-cı il təvəllüdlü Aybəniz Bacəddin qızı Fərzullayeva və rayonun Nəsimi kənd sakini, 1961-ci il təvəllüdlü Xalidə Sərhad qızı Fərhadova müxtəlif dərəcli xəsarətlərlə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Məlumata görə, qadınlar sahədə pambıq yığımı zamanı bir - biri ilə mübahisə ediblər.

Faktla bağlı araşdırma aparılır.