Roma papasının istefasında homoseksual kardinal izi

23 Fevral 2013 23:05 (UTC+04:00)


"La Reppublica" qəzetinin yazdığına görə, papanın istefasına kilsədə bəzi kardinalların homoseksualizm, kilsə vəsaitinin oğrurlanması kimi məsələrlə məşğul olması səbəb olub.

Belə ki, Papaya dekabrın 17-də nüfuzlu Vatikan kardinallarının əməlləri barədə çoxsəhifəlik hesabat təqdim edilib. Hesabatda homoseksualizm, kilsə büdcəsini yanlış istifadəsi kimi məqamlar yer alıb. Qəzet hesab edir ki, hesabat Roma papasını şantaj etmək üçün hazirılanıb. Buna görə də 16-cı Benedikt istefa verib.
Qəzet onu da vurğulayıb ki, artıq kardinal Xulian Heransonun rəhbərliyi ilə hesabatın araşdırlması üçün komissiya yaradılıb.

Elnarə Əlosmanqızı
AzNews.az