Metsamor - ölümlə həyat arasında yerləşən şəhər FOTO

8 Noyabr 2017 14:05 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu "Новости-Азербайджан"-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri Adil Qəribov deyib.

Washington Post-un enerji reaktorundakı təhlükə ilə bağlı məqaləsini şərh edən alim yazını müsbət qiymətləndirib.

"Nəhayət ki, onlar bizim illər ərzində qaldırdığımız məsələyə diqqət ayırdılar. Təəssüf ki, bu sahədə heç bir irəliləyiş yoxdur, biz dəfələrlə müxtəlif beynəlxalq tədbirlərdə bu məsələni qaldırmışıq, lakin ciddi bir reaksiya görməmişik" - Adil Qəribov belə deyib.

Washington Post Metsamor AES yerləşən şəhərdən fotolar dərc etməklə buranı "ölüm və həyat arasında yaşayan şəhər" adlandırıb.

Dərc olunan məqalədə qeyd olunur ki, İrəvandan 30 km aralıda yerləşən AES uzun illər ərzində ciddi təhlükə mənbəyi kimi tanınıb. Nüvə reaktorunun müdafiə örtüyünün olmaması və seysmil zonada tikilməsi təhlüənin iki başlıca səbəbidir. Nəşr həmçinin qeyd edir ki, 1989-cu ildə Spitak zəlzələsindən sonra reaktorun fəaliyyəti dayandırılmışdı.

"2011-ci ildə National Geographic Metsamoru dünyada ən təhlükəli atom stansiyası adlandırmışdı" - nəşrdə belə deyilir. Məqalə müəllifi qeyd edir ki, 1995-ci ildə AES yenidən fəaliyyət başlayıb. Buna səbəb Azərbaycan tərəfdən ölkənin enerji blokadasına salınması olub. Həmin vaxt Ermənistanda enerjiyə güclü tələbat yaranmışdı. O dövrdə 3,6 milyonluq əhalinin üçdə biri qış aylarında vəziyyət təhlükəli hal aldığından ölkəni tərk etmək məcburiyyətində idi.

"Bütün rüsklərə baxmayaraq, AES bu günə kimi fəaliyyət göstərir, insanlar stansiyanın işçiləri üçün tikilən evlərdə yaşayır. Ümumdünya nüvə assosiyasının məlumatına görə, bu stansiya 2016-cı ildə Ermınistanda enerjiyə olan tələbatın 31 faizini ödəyib. 10 min nəfər insan sovet dövründə tikilən köhnə evlərdə qorxu və şübhə, yoxsulluq, ölümlə həyat arasında yaşamağa məcburdur".

Adil Qəribovun sözlərinə görə, Rusiya tərəfinin dəstəyi ilə 2015-ci ildə stansiyada təmir işləri aparılıb. Stansiyanın 10 il ərzində istismarını təmin etmık üçün maliyyə vəsaiti alınıb. Buna baxmayaraq, reaktorun korpusu və avadanlığı köhnəlmiş vəziyyətdədir. AES 37 il fəaliyyətdə olmasına rəğmən, sənəddə istismar müddəti 25 il göstərilir. Stansiyanın seysmik zonada yerləşdiyini nəzərə alsaq, təbii fəlakət zamanı təhlükə qaçılmazdır. Yaponiyanın "Fukusima" AES ilə paralellər aparsaq, bu cür inkişaf etmiş ölkədə faciənin qarşısı alınmayıbsa, Ermənistanda böyük təhlükənin proqnozunu indidən vermək olar.

Alim həmçinin qeyd edir ki, Ermənistan bu fəlakətdən ən çox özü ziyan görəcək. Bütün ölkə radioaktiv tullantılarla zəhərlənmək təhlükəsi altındadır. Bu həmçinin Kür çayında da təhlükəli fəsadlar törədə bilər. Azərbaycana gələn içməli suyun zəhərlənməsi baş verə bilər.

Adil Qəribov deyir ki, Azərbaycan Prezidenti müxtəlif beynəlxalq sammitlərdə Metsamor AES-ə diqqət yönəldərək bu problemin həlli üçün dünya birliyini ciddi reaksiya verməyə çağırıb. Həmçinin bizim nümayəndə də MAQATE-nin hər il keçirilən konfranslarında bu məsələni qaldırsa da, hələlik stansiyanın fəaliyyətinə göz yumulur.