Gəncədə avtomobil qadın piyadanı vurub

9 Noyabr 2017 13:10 (UTC+04:00)

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə İmamzadə kompleksinə gedən yolda qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ-2106" markalı avtomobil dönmə əməliyyatı aparan zaman qarşısına çıxan piyada qadını vurub. Samux rayon sakini, 1968-ci il təvəllüdlü Zərifə İslam qızı Cəfərova zərbənin gücündən yol kənarındakı arxa düşüb. Yaralı xəstəxanaya yerləşdirilib. Onun ayağının sındığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az