Bakıda evlərdən oğurluq edən şəxs tutuldu

9 Noyabr 2017 13:30 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Taleh Muxtarovun ətrafında Kriminalistik Tədqiqatlar İdarəsi və Xəzər RPİ 2-ci PB əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun noyabrın 2-də rayon ərazisindəki daha bir evdən pul və mobil telefon oğurlaması da müəyyən edilib.

Araşdırmalar davam etdirilir.