Kütləvi davadan sonra toy – tərəflər barışdı

24 Fevral 2013 22:44 (UTC+04:00)


Fevralın 19-da Sankt-Peterburqun Frunze rayonunda 20-dən çox azərbaycanlının iştirak etdiyi kütləvi davaya səbəb olan qız ərə gedir. Bu barədə məlumatı "Fontanka" saytı yayıb. Saytın bildirdiyinə görə, tərəflər artıq razılığa gəlib və qız onu qaçıran gəncə ərə gedəcək.
Həmçinin tərəfləri barışdırmaq üçün bu gün Şəmkir rayonundan ağsaqqalların Rusiyaya getdiyi bildirilir. Barışıq mərasimində 300-dən çox insan iştirak edib. Onların arasında diaspora nümayəndələri və ictimai təşkilatların təmsilçiləri də olub. Mərasim "Korantiya" otelinin zallarından birində baş tutub.

Qeyd edək ki, Şəmkirdən olan iki ailə arasında baş verən kütləvi davadaya səbəb qız qaçırılması oub.

Kütləvi dava zamanı odlu və travmatik silahlara, bıçağa, beysbol ağacına əl atılıb. Nəticədə 26, 27, 52 və 55 yaşlı Azərbaycan vətəndaşları xəsarət alaraq xəstəxanaya düşüblər. Təsadüfən yoldan keçən bir kişi və gənc qız da yüngül xəsarət alıblar. Faktla bağlı cinayət işi qaldırılıb. 15-dən çox şəxs saxlanılıb.

Elnarə Əlosmanqızı
AzNews.az