Metroda qadının çantasına girən şəxs yaxalandı

9 Noyabr 2017 17:01 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 8-də metronun “Nizami” stansiyasında Şamaxı rayon sakini X.Mürsəlovanın çantasından mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan Rauf İsgəndərov Bakı BPİ-nin Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub.