Qadın bacısı tərəfindən döyüldü

10 Noyabr 2017 09:57 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, rayonun Həsənsu kənd sakini, 1979-cu il təvəllüdlü Əliyeva Tükəzban Firudin qızı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. Qadın bacısı tərəfindən döyüldüyünü deyib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.