İtkin düşən 21 yaşlı oğlanın qardaşı: "Onu xəstəxanalarda axtarırıq"

10 Noyabr 2017 14:55 (UTC+04:00)

AzNews.az xəbər verir ki, hadisə Xırdalan şəhər sakini Rahib Hüseynov noyabrın 7-də evdən çıxıb və bu günə kimi geri qayıtmayıb. Rahib Hüseynovun qardaşının sözlərinə görə, o, evdən çıxanda telefon təmir etdirəcəyini deyib:

“Rahibin əqlində çatışmazlıq vardı. Amma heç kimə dəyib-dolaşan deyildi. Hazırda onu şəhərdəki xəstəxanalarda axtarmağa çıxmışıq. Düşünürük ki, başına bir iş gələr, naməlum xəstə kimi qeydiyyata alarlar”.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

Rahib Hüseynovu görən şəxslərdən (051) 396-64-38 və (055) 546-82-94 nömrələrinə zəng vurmaları xahiş olunur.

Bahar RÜSTƏMLİ
AzNews.az