İtkin düşən gənc tapıldı

10 Noyabr 2017 15:32 (UTC+04:00)

Bu barədə AzNews.az-a onun qardaşı məlumat verib.

Qardaşının sözlərinə görə, Rahib Hüseynov bu dəqiqələrdə Xətai rayonu ərazisindən tapılıb:

"Atam deyir ki, vəziyyəti yaxşıdır. Hazırda atamla birlikdə evə gəlirlər".

Qeyd edək ki, Rahib Hüseynov noyabrın 7-də evdən çıxıb və bu günə kimi geri qayıtmayıb.

Bahar RÜSTƏMLİ
AzNews.az