Səfər ayı bu tarixdə başa çatır

10 Noyabr 2017 17:45 (UTC+04:00)

AzNews.az “Report”a istinadən xəbər verir ki, Səfər ayının sonuncu günü Miladi təqvimi ilə noyabrın 19-na təsadüf edir.

Noyabrın 20-si Hicri-qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı başlayır.

Qeyd edək ki, Məhərrəm və Səfər ayları ərzində Azərbaycan əhalisinin böyük əksəriyyəti toy, nişan, elçilik kimi mərasimlər keçirmir. Xalq arasında Məhərrəm və Səfər ayları ümumi şəkildə “məhərrəmlik” adlandırılır.