Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb - Yenilənib

10 Noyabr 2017 23:23 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, Binəqədi rayonu, Fərman Məlikov küçəsində yerləşən 16 mərtəbəli binada baş verən yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb

Faktla bağlı araşdırmalara başlanılıb.

***

Bakıda 16 mərtəbəli yaşayış binasında yanğın baş verib.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Fərman Məlikov küçəsində qeydə alınıb.

Yanğın binanın elektrik şitində baş verib.Yaşayış binasının bir hissəsinin sakinləri təxliyə olunub.

Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Hadisə nəticəsində tüstüdən zəhərlənən 10-dan çox sakinə hadisə yerində sakinə təcili tibbi yardım göstərilib. Bir azyaşlı Bakı şəhər 1 saylı Xəstəxananın Toksikoloji şöbəsinə yerləşdirilib.