Bakı-Quba yolunda yük maşını yandı, tıxac yaranıb - Video

10 Noyabr 2017 22:47 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. Yanğın söndürülüb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

Avtomobilin yanması yolda tıxaca səbəb olub.

İlkin araşdırmaya görə maşında yük olmayıb, həmçinin sürücü xəsarət almayıb.