Bakıda daha bir yanğın - Yasamalda bir-birinə bitişik 3 fərdi ev yandı

10 Noyabr 2017 23:52 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Yasamal rayonu, Xıdır Mustafayev küçəsi, 20 nömrəli fərdi evdə yanğın başlayıb. Daha sonra yanğın həmin evə bitişik olan daha iki evə keçib. İlkin məlumata görə, yanğın evlərin birindəki elektrik plitədən qaynaqlanıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.

Yanğın nəticəsində 1 yeniyetmə tüstüdən zəhərlənib, onun xəstəxanaya yerləşdirildiyi bildirilir.