AzNews.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, noyabrın 10-da saat 19 radələrində Siyəzən rayonu ərazisində Sumqayıt şəhər sakini Fərhad Quliyev idarə etdiyi “VAZ-21074” markalı avtomobili yol ayırıcısına vurub.
Nəticədə sürücü və sərnişini, Quba rayon sakini Elman Rəhimov xəstəxanaya yerləşdiriliblər. E.Rəhimov orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.