İranda hərbi təyyarə qəzaya uğrayıb.
AzNews.az-ın Iran mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə Fars əyalətinin Sarvstan şəhəri yaxınlığında baş verib.
Qəzanın təlim uçuşu zamanı baş verdiyi deyilir.
Hadisə nəticəsində pilot dünyasını dəyişib.