Bakıda baş verən yanğında zəhərlənən polis zabiti hospitala yerləşdirilib

11 Noyabr 2017 13:00 (UTC+04:00)

AzNews.az xəbər verir ki, nazirliyin rəsmi saytında yayılan məlumata görə, noyabrın 10-da saat 21.55 radələrində Binəqədi rayonunun F.Məlikov küçəsindəki binalardan birinin girişindəki elektrik lövhəsində qısaqapanmadan yanğın baş verib. Nəticədə 24 metr kabel yanıb.

FHN-in Yanğından Mühafizə Xidməti və polis əməkdaşları tərəfindən 40 nəfər təxliyyə olunub, tüstüdən zəhərlənən 2 nəfərə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru Gülaga Seyidov isə DİN-in Hospitalına yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.