AzNews.az FHN-ə istinadən xəbər verir ki, Neftçala rayonu, Qədimkənd kəndində ümumi sahəsi 84 m² olan kürsülü birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 60 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.