Qatar qadını vurdu - Öldü + Yenilənib

11 Noyabr 2017 22:57 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, həkimlərin səylərinə baxmayaraq, koma vəziyyətinə düşən 1966-cı il təvəllüdlü Əkbərova Mirvari Oruc qızını xilas etmək mümkün olmayıb.

***

15:30

Gəncə şəhərində qatar piyadanı vurub.

AzNews.az APA-ya istinadən xəbər verir ki, şəhərin “Poçt qəsəbəsi” adlanan ərazisində qatarın vurduğu qadın Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirib.

Hələlik kimliyi məlum olmayan qadının koma vəziyyətində olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.