AzNews.az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin avtovağzal yaxınlığında qeydə alınıb.
Belə ki, rayonun Marışlı kənd sakini, 56 yaşlı Xalıq Abduləzim oğlu Əsgərov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə hərəkətdə olarkən “Mercedes” markalı minik avtomobili ilə toqquşub. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan “VAZ-2106”nın sürücüsü Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.