Aİ və Azərbaycan arasında aviasiya sazişi yaxın zamanlarda imzalanacaq - Nazir müavini

12 Noyabr 2017 10:52 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev belə deyib.

Onun sözlərinə görə, bu saziş üzərində işlər davam edir və sazişin noyabrın 24-ü Brüsseldə keçiriləcək “Şərq tərəfdaşlığı” sammiti çərçivəsində imzalanacağı da istisna olunmur.