Tovuzda 4 otaqlı ev yanıb

12 Noyabr 2017 11:11 (UTC+04:00)

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Tovuz rayonunda ümumi sahəsi 200 m² olan birmərtəbəli 4 otaq və 1 aynabənddən ibarət olan evin yanar konstruksiyaları 16 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.