Beyləqanda ağır qəza - xəsarət alanlar var

12 Noyabr 2017 13:54 (UTC+04:00)

AzNews.az FHN- ə istinadən xəbər verir ki, rayon ərazisində "QAZ" markalı minik avtomobilinin maneəyə çırpılması nəticəsində yanğın baş vermişdir. Yanğın nəticəsində avtomobilin yanar hissələri yanmışdır. Qəza zamanı avtomobilin sürücüsü və 3 nəfər sərnişini müxtəlif bədən xəsarətləri almış və xəstəxanaya aparılmışdır. Ərazidəki ağaclar yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.