Astarada evdən kişi meyiti tapılıb

12 Noyabr 2017 20:11 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, hadisə Astaranın Artuba kəndində qeydə alınıb.

Kənd sakini ,1957-ci il təvəllüdlü Nizaməli Eynəli oğlu Baxşıyevin meyiti bu gün yaşadığı evdə aşkar edilib. Meyit müayinə olunmaq üçün Lənkəran morquna gətirilib.

Faktla bağlı araşdırma aparılır.