AzNews.az RiaNovosti-yə istinadən xəbər verir ki, yaralıların sayı 7 100-ə yaxındır.
Noyabrın 12-də İran-İraq sərhədində 7,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Kermanşah şəhərindən 104 km qərbdə, ocağı 10 km dərinlikdə yerləşib.
***
İraqla sərhəddə baş verən zəlzələ nəticəsində İranda 7 minə yaxın insan yaralanıb.
Bu barədə AzNews.az IRNA xəbər agentliyinə istinadən xəbər verir.
İraq-İraq sərhədində dünən axşam baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 407-yə çatıb.
6700-dən çox adam isə yaralanıb.
***
İraqla sərhəddə baş verən zəlzələ nəticəsində İranda mindən çox insan yaralanıb.
Bu barədə AzNews.az IRNA xəbər agentliyinə istinadən xəbər verir.
Məlumata görə, zəlzələnin əsas zərbəsi İranın qərbində yerləşən Kermanşah və İlam vilayətlətinə düşüb.
İlam, Kermanşah və Qəsri Şirin şəhərlərində ən böyük dağıntılar qeydə alınıb.
***
İranda zəlzələ nəticəsində ölənlərin sayı 168 nəfərə çatıb. Bu barədə PressTV məlumat yayıb.
Kermanşah vilayətinin qubernatoru 3 günlük matəm elan edib.
Dövlət televiziyasının xəbərinə görə, ölkə prezidenti Həsən Ruhani Daxili İşlər Nazirliyinə zərərçəkənlərə bütün zəruri yardım göstərmək üçün təcili tədbirlər görməyi tapşırıb.
Son 3 saat ərizndə daha 12 yeraltı təkan qeydə alınıb. Onlarla ailə öz evndən məhrum olub hazırda xilasedicilər dağıntılar altında qalanların axtarışı ilə məşğuldur.
***
Zəlzələ qurbanlarının sayı durmadan artır. Rus mətbuatı xəbər verir ki, ölü sayı artıq 200 nəfərdir.
***
İranın İraqla sərhədində baş verən 7,3 ballıq zəlzələ nəticəsində ölənlərin sayı 211 nəfərə çatıb.
Press TV-nin məlumatına görə, 1600-dən çox adamın xəsarət alıb.
***
İran-İraq sərhədində baş vermiş güclü zəlzələ nəticəsində İranın qərb əyalətlərində, o cümlədən Kirmanşahda ölənlərin sayı 339 nəfərə çatıb.
Bu barədə PRESS TV məlumat yayıb.
***
İranda baş verən zəlzələ nəticəsində ölü sayı 350 nəfərə yüksəlib. Bu barədə rus mətbuatı xəbər yayıb.
***
İran-İraq sərhədində baş vermiş güclü zəlzələ nəticəsində İranın qərb əyalətlərində, o cümlədən Kirmanşahda ölənlərin sayı 372 nəfərə çatıb.
AzNews.az İran mətbuatına istinadən verdiyi məlumata görə, təbii fəlakət nəticəsində təqribən 6000 iranlı xəsarət alıb.

DERBENDIXAN - SILÊMANIYE pic.twitter.com/IGNkHkteoe
— Hiwa Dilan (@HiwaDilan92) 12 ноября 2017 г.