İran zəlzələsi Azərbaycanda da hiss olundu

13 Noyabr 2017 09:11 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzi təkanlarla bağlı məlumat yayıb.

Məlumata görə, təkanların maqnitudası 7.2 bal, dərinliyi isə 19 km olub. Zəlzələ yerli vaxtla saat 22:18-də İran-İraq ərazisində qeydə alınıb. Zəlzələ Azərbaycanın İranla həmsərhəd olan Naxçıvan və cənub rayonlarında zəif hiss olunub.