20 yaşlı oğlan özünü öldürmək istədi

13 Noyabr 2017 09:22 (UTC+04:00)

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, noyabrın 12-də saat 23.00 radələrində rayonun Əliabad qəsəbə sakini, 1997-ci il təvəllüdlü Sultan Ağaməmməd oğlu Ağaməmmədov zəhərlənmə əlamətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırılıb.

MRX-dan APA-ya bildirilib ki, Sultan Ağaməmmədovun evdə bilərəkdən müxtəlif adda bir-neçə dərman içdiyi məlum olub. Reanimasiya şöbəsinə yerləşdirilən Sultan Ağaməmmədova lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti stabilləşib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az