“VA2106” ilə “Opel” toqquşdu

13 Noyabr 2017 09:30 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, “VA2106” və “Opel” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”-ın sürücüsü, Ağstafaya qonaq gələn Kürdəmir rayon sakini, 1989-cu il təvəllüdlü Abışov Yusif Abış oğlu müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.