Kürəkən qayınanasını döydü - Bakıda

13 Noyabr 2017 10:32 (UTC+04:00)

AzNews.az "Report"a istinadən xəbər verir ki, Zabrat qəsəbəsində İstilik Kombinatı kimi tanınan ərazidə yaşayan 55 yaşlı İsmayılova Lətifə Abuzər qızı ailə-məişət münaqişəsi zəminində kürəkəni ilə mübahisə edib.

Nəticədə qayınana kürəkən tərəfindən döyülüb. Xəsarət alan qadın yaralı vəziyyətdə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.