Putinlə Ərdoğanın Soçidə görüşü başlayıb

13 Noyabr 2017 19:32 (UTC+04:00)

AzNews.az RiaNovosti-yə istinadən xəbər verir ki, kiçik tərkibli görüşdən sonra geniş tərkibdə görüş keçiriləcək, daha sonra dövlət başçıları mətbuat qarşısında bəyanatla çıxış edəcəklər.

Türkiyə tərəfdən görüşdə xarici işlər naziri Mövlud Çavuşoğlu, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hulusi Akar və Milli İstihbarat (Kəşfiyyat) Təşkilatının rəhbəri Hakan Fidan iştirak edir.