AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, BMW markalı avtomobilin sürücüsü idarəetməni itirərək maşını qoca və 4 uşağın üzərinə sürüb.
Nəticədə 7 yaşlı qız uşağı aldığı xəsarətlərdən dünyasını dəyişib.
68 yaşlı ahıl qadın və digər iki məktəbli isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Sürücünün 56 yaşı var.
Faktla bağlı araşdırma aparılır.