Əkrəm Əylisli: “Qurtardı, bir kəlmə də danışmayacam”

25 Fevral 2013 12:09 (UTC+04:00)
Əkrəm Əylislinin qalmaqallı "Daş yuxular" romanı nəhayət ki, Azərbaycan dilində oxuculara təqdim olundu. Bəs, bir müddət öncə əsərin tərcüməsinə qadağa qoyan Əkrəm Əylisli bu haqda nə düşünür?

Yazıçı AzNews.az-a açıqlamasında bildirdi ki, bundan sonra "Daş yuxular"la bağlı bir suala belə cavab verməyəcək: "Qurtardı.... Daha bir kəlmə də danışmayacam. Hər şeyi zamanın öhdəsinə buraxıram".

Bahar Rüstəmli
AzNews.az