Sarkisyan Rusiyaya gedir

14 Noyabr 2017 17:40 (UTC+04:00)

APA-nın "aysor.am"a istinadən verdiyi xəbərə görə, səfər noyabrın 15-də həyata keçiriləcək.

Ermənistan prezidentinin mətbuat xidmətindən bildirilib ki, Putin-Sarkisyan görüşündə iki ölkə arasında ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi və inkişafı məsələləri, Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlıq və regional məsələlər müzakirə olunacaq.

Prezidentlər Rusiyada Ermənistan mədəniyyəti günlərinin rəsmi açılış mərasimində iştirak edəcəklər.

AzNews.az