CBC TV-yə yeni baş direktor təyin edilib

14 Noyabr 2017 18:45 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, bu vəzifəyə Vüqar Xəlilov təyin olunub.

ATV telekanalının prezidenti, CBC TV-nin keçmiş baş direktoru Azər Xəlilov faktı APA-ya təsdiqləyib.

Onun sözlərinə görə, bu gün CBC telekanalının təsisçisi, "SOCAR Media" İctimai Birliyinin sədri Xalik Məmmədov V. Xəlilovu kollektivə təqdim edib.

Qeyd edək ki, təcrübəli jurnalist Vüqar Xəlilov Azər Xəlilovun qardaşıdır.