AzNews.az Sputnik-ə istinadən xəbər verir ki, müzakirə zamanı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesi, Vyanada, Sankt-Peterburqda və Cenevrədə keçirilən sammitlərdə əldə olunan razılaşmanın reallaşdırılması, eləcə də Azərbaycan və Ermənistan XİN rəhbərlərinin mümkün görüşü haqda danışılıb.
Görüşdə həmçinin, ATƏT-inin qüvvədə olan sədrinin şəxsi nümayəndəsi Ancey Kasprşik də iştirak edib.