Yük maşını kanala düşdü

15 Noyabr 2017 14:38 (UTC+04:00)

"Report" Cənub bürosunun məlumatına görə, hadisə rayonun Ərçivan kəndi ərazisində qeydə alınıb.

Belə ki, Türkiyə vətəndaşının idarə etdiyi ağırtonajlı yük maşını idarəetmədən çıxaraq yolun kənarındakı su kanalına düşüb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Məlumata görə, qəza sürücünün sükan arxasında yatması səbəbindən baş verib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az