Məmmədyarov braziliyalı həmkarı ilə görüşdü

15 Noyabr 2017 15:02 (UTC+04:00)

XİN-dən AzNews.az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında qurulmuş siyasi əlaqələrin mövcud səviyyəsindən məmnunluq ifadə edildi və ikitərəfli əməkdaşlığın keyfiyyətcə daha yuxarı müstəviyə qaldırılması üçün qarşılıqlı səylərin gücləndirilməsinin vacibliyi vurğulanıb.

Nazirlər iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi baxımından yüksək səviyyəli qarşılıqlı səfərlərin, eyni zamanda Azərbaycanla Braziliya iqtisadi-ticari əlaqələrin təşviqi baxımdan Birgə İşçi Qrupunun fəaliyyətinin intensivləşdirilməsinin önəmini qeyd ediblər.

Görüşdə beynəlxalq gündəlikdə duran məsələlər, o cümlədən BMT Təhlükəsizlik Şurasında islahatlara dair fikir mübadiləsi aparılıb.