İlham Əliyev sloveniyalı həmkarını təbrik etdi

15 Noyabr 2017 15:58 (UTC+04:00)

AzNews.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Sloveniya Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Sloveniya əlaqələrinin genişlənməsi, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda səylərimizi bundan sonra da davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Sloveniya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram".