Salyanda 4 otaqlı ev yandı

15 Noyabr 2017 19:27 (UTC+04:00)

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Sarvan kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaqlı evin tavanı 24 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.