Gəncə səkiyə çırpılaraq aşan avtomobil yanıb, xəsarət alanların kimliyi məlum olub (Yenilənib)

15 Noyabr 2017 21:02 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, xəsarət alanlar 1998-ci il təvəllüdlü Abbasov Cavanşır Naqif oğlu və 1999-cu il təvəllüdlü Həsənov Həsən Rizvan oğludur.

Qeyd edək ki, Gəncədə “Niva” markalı avtomobil idarəetmədən çıxaraq səkiyə çırpılıb və aşıb.

Faktla bağlı araşdırma aparılır.

***

Gəncədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, şəhərin Heydər Əliyev prospekti ilə Fətulla Həsənov küçələrinin kəsişməsində “Niva” markalı avtomobil idarəetmədən çıxaraq səkiyə çırpılıb və aşıb.

Nəticədə avtomobil alışaraq yanmağa başlayıb. Yanğın söndürülüb.

Qəza zamanı iki nəfərin xəsarət aldığı bildirilir. Onlar xəstəxanaya yerləşdirilib.