Azərbaycan-Polşa iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının tərkibinə dəyişiklik edilib

15 Noyabr 2017 20:13 (UTC+04:00)

AzNews.az xəbər verir ki, dəyişikliyə əsasən sərəncamın 1-ci hissəsində “Natiq Əliyev - Azərbaycan Respublikasının energetika naziri” sözləri “Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri” sözləri ilə əvəz edilib; “Nigar Əliyeva - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini” sözlərindən sonra “Natiq Abbasov - Azərbaycan Respublikası energetika nazirinin müavini” sözləri əlavə edilib.

Xarici İşlər Nazirliyinə sərəncamda edilən dəyişikliklər barədə Polşa tərəfinə bildiriş göndərmək tapşırılıb.