Soçidə "Lavrovun planı" müzakirə edilib

15 Noyabr 2017 20:41 (UTC+04:00)

AzNews.az-ın diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, prezidentlər "Lavrovun planı" kimi tanınan və ilkin mərhələdə Dağlıq Qarabağ ətrafındakı 5 rayonun azad edilməsi planından danışıblar.

Tərəflər həmçinin, bu istiqamətdə münaqişənin nizama salınması məsələsinin müzakirə ediləcəyi ilə bağlı razılığa gəliblər.

Xatırladaq ki, noyabrın 13-də Ərdoğan Putinin dəvətilə Soçiyə gəlib.