Şəmkirdə qonşu qonşunu baltaladı

15 Noyabr 2017 22:41 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsinin Qasım İsmayılov kəndində qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü Əmiraslanov Bilal Tapdıq oğlu kəllə-beyin travması və kəllə sümüklərinin sınığı xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

İlkin məlumata əsasən, B.Əmiraslanov mübahisə zəminində qonşusu tərəfindən baş nahiyəsindən balta zərbəsi alıb.

Faktla bağlı araşdırma aparılır.