Məktəblilərin payız tətili başlayıb

16 Noyabr 2017 09:13 (UTC+04:00)

AzNews.az xəbər verir ki, tətil 16-20 noyabr tarixlərini əhatə edəcək.

Belə ki, 5 günlük payız tətilindən sonra məktəblilər noyabrın 21-də dərsə gedəcəklər.

Qeyd edək ki, bu tədris ilində şagirdlər üçün payız tətili ilə yanaşı, 5 gün qış tətili (27-31 yanvar) və ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may) olacaq. Həmçinin Yeni il və Novruz bayramı günləri ilə əlaqədar ölkədə qeyri-iş günləri hesab edilən günlərdə məktəblilər dərsə getməyəcəklər.