"Report"un Rusiya bürosunun məlumatına görə, görüş qapalı formada Rusiya Xarici İşlər Nazirliyinin qonaq evində keçirilir.
Görüş zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edəcəklər.
Danışıqlar başa çatdıqdan sonra Rusiya XİN-in müzakirələrin yekunlarına dair açıqlama yayacağı bildirilib.
Xatırladaq ki, noyabrın 14-də Moskvada ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Ermənistanın xarici işlər naziri Eduard Nalbandiyan arasında görüşüb olub.
Eyni zamanda, Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 20-də Bakıya və Yerevana səfər edəcək. Danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq.
AzNews.az