AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova keçirdiyi mətbuat konfransında deyib.
Zaxarovanın sözlərinə görə, ikitərəfli əməkdaşlıqdakı münasibətlər yüksək səviyyəli dialoqlar sayəsində mümkün olur.
M.Zaxarova vurğulayıb ki, tərəflər digər sahələrdə intensiv əlaqələr qurur, iqtisadi əməkdaşlıq inkişaf edir, mədəni və humanitar əlaqələr möhkəmlənir.
XİN rəsmisi Rusiyanın xarici işlər naziri Sergey Lavrovun noyabrın 20-də regiona səfəri çərçivəsində Azərbaycana gələcəyini də deyib.
O bildirib ki, səfər çərçivəsində S. Lavrov azərbaycanlı həmkarı ilə görüşəcək. Görüş zamanı ikitərəfli münasibətlər və beynəlxalq gündəmdə olan məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq.